AZ

Daha 3 sahə ƏDV və gömrükdən azad edildi – HÖKUMƏTDƏN QƏRAR

Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə biznes quranlar üçün güzəştlər artırılıb. Daha dəqiqi bir sıra sahələr üzrə malların idxalı ədv və gömrük rüsumundan azad edilib.

FED.az xəbər verir ki, Nazirlər Kabineti “İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında qərar qəbul edib.

Qərara əsasən, işğaldan azad edilmiş ərazilərdə daha 3 sahədə fəaliyyət üçün ölkəyə gətirilən mallar ƏDV və gömrük rüsumundan azad edilib.

Bunlardan biri «Təsərrüfat və dekorativ saxsı məmulatlarının istehsalı» sahəsidir. İndiyədək bu güzəştlər yalnız «Saxsı santexnika məmulatlarının istehsalı»nı aid idi.

Güzəşt verilən digər sahə kənd təsərrüfatı ilə əlaqəlidir. Yeni qərarla «Müasir suvarma sistemlərinin tətbiq edildiyi ərazisi 5 hektardan az olmayan istixana təsərrüfatlarında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi» üçün gətirilən avadanlıqlar da ƏDV və rüsumdan azad edilib.

Nəhayət, sonuncu sahə ayaqqabıların istehsalı ilə bağlıdır.

Qərara əsasən ayaqqabı detalları (bərkidilmiş və ya bərki dilməmiş əsas içlikli ayaqqabı üstünün biçilmiş üzləri daxil olmaqla); qoyulma içliklər, dabanlıqlar və analoji məmulatlar; getrlər, qamaşlar və analoji məmulatlar və onların detalları da ƏDV və gömrük rüsumundan azaddır.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə artıq ayaqqabı istehsalına başlanması nəzərdə tutulur. «Basta» şirkəti Ağdam Sənaye Parkında müxtəlif növ, o cümlədən iş yeri üçün ayaqqabıların istehslına başlamağa hazırlaşır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
50
fed.az

10Mənbələr