AZ

“Sumqayıt”ın avrokubok matçının vaxtı dəyişdirildi

"Sumqayıt"ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində üz-üzə gələcəyi "Fehervar"la cavab qarşılaşmasının keçirilmə tarixi dəyişdirilib.

Bizim.Media xəbər verir ki, UEFA-nın qərarına əsasən oyun nəzərdə tutulduğu kimi 1 avqust tarixində deyil 31 iyulda keçiriləcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, cütün ilk oyunu iyulun 25-də Azərbaycanda baş tutacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
4
bizim.media

10Mənbələr