"Sumqayıt"ın Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacağı “Fehervar”la cavab qarşılaşmasının keçirilmə tarixi dəyişdirilib.

Offsideplus.az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb. UEFA-nın qərarına əsasən oyun nəzərdə tutulduğu kimi 1 avqust tarixində deyil 31 iyulda keçiriləcək.

Qeyd edək ki, cütün ilk oyunu iyulun 25-də Azərbaycanda olacaq.