AZ

“Baku Open - 2024”də 300-dən çox şahmatçı iştirak edəcək

Azərbaycan Şahmat Federasiyası (AŞF), Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə növbəti dəfə "Baku Open - 2024" Beynəlxalq Şahmat Festivalı keçiriləcək.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, FIDE-nin 100 illiyinə həsr edilən turnirdə Azərbaycanla yanaşı, Bolqarıstan, Gürcüstan, Hindistan, İran, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan şahmatçıları və FIDE bayrağıyla qatılan iştirakçılar çıxış edəcək.

Azərbaycan şahmatçılarından Rauf Məmmədov, Qədir Hüseynov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, o cümlədən Günay Məmmədzadə, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və digərləri "Baku Open - 2024" Beynəlxalq Şahmat Festivalında mübarizə aparacaq.

Qeyd edək ki, yarışın A və B qruplarında iştirak üçün ümumilikdə 300-dən çox şahmatçı qeydiyyatdan keçib. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olacaq.

Bakı İdman Sarayının ev sahibliyi edəcəyi festivalın ümumi mükafat fondu 50 000 ABŞ dollarına bərabərdi. Festivalın açılış mərasimi iyunun 29-u saat 14-30-da başlayacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
14
milli.az

10Mənbələr