AZ

“Baku Open - 2024”də 300-dən çox şahmatçı iştirak edəcək

Bakı. Trend:

Azərbaycan Şahmat Federasiyası (AŞF), Gənclər və İdmanNazirliyinin birgə dəstəyi ilə növbəti dəfə “Baku Open - 2024”Beynəlxalq Şahmat Festivalı keçiriləcək.

Trend İdman.biz-əistinadən xəbər verir ki, FIDE-nin 100 illiyinə həsr edilənturnirdə Azərbaycanla yanaşı, Bolqarıstan, Gürcüstan, Hindistan,İran, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Ukrayna,ABŞ, Özbəkistan şahmatçıları və FIDE bayrağıyla qatılaniştirakçılar çıxış edəcək.

Azərbaycan şahmatçılarından Rauf Məmmədov, Qədir Hüseynov, AydınSüleymanlı, Məhəmməd Muradlı, o cümlədən Günay Məmmədzadə, GövhərBeydullayeva, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, GülnarMəmmədova və digərləri “Baku Open - 2024” Beynəlxalq ŞahmatFestivalında mübarizə aparacaq.

Qeyd edək ki, yarışın A və B qruplarında iştirak üçün ümumilikdə300-dən çox şahmatçı qeydiyyatdan keçib. İsveçrə sistemi üzrəkeçirilən turnir 9 turdan ibarət olacaq.

Bakı İdman Sarayının ev sahibliyi edəcəyi festivalın ümumimükafat fondu 50 000 ABŞ dollarına bərabərdi. Festivalın açılışmərasimi iyunun 29-u saat 14-30-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
14
az.trend.az

10Mənbələr