AZ

Bank of Baku-da daha bir TƏYİNAT

Həsənli Fərdi Mirzalı oğlu Biznes satışı üzrə sahə direktoru vəzifəsinə təyin olunub.

Bu barədə Gundem.az-a Bankdan bildirilir.

Qeyd edilib ki, Fərdi Həsənli bankın KOB bankçılıq, Korporativ bankçılıq, Məhsul və müştəri idarə etməsi departamentlərini kurasiya edəcək. 

Fərdi Həsənli İş fəaliyyətinə 2008-ci ildə TBC Kredit Bank Olmayan Kredit təşkilatında başlayıb. Bank of Baku komandasına 2012-ci ildə Daxil audit departamentinin auditoru kimi qoşulub.

2020-ci ildən Daxili Nəzarət Departamentinin direktoru, 2021-ci ildən yeni təyinata qədər isə Risklərin idarə edilməsi və nəzarət departamentinin direktoru vəzifəsini icra edib.

O, 2005-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universiteti Maliyyə və Kredit üzrə bakalavr, 2010-2013-cü illərdə Xəzər Universitetində Maliyyə üzrə magistr dərəcəsi alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
7
gundem.az

8Mənbələr