AZ

Bank of Baku-da - YENİ TƏYİNAT

Həsənli Fərdi Mirzalı oğlu Biznes satışı üzrə sahə direktoru vəzifəsinə təyin olunub.

FED.az banka istinadən xəbər verir ki, Fərdi Həsənli bankın KOB bankçılıq, Korporativ bankçılıq, Məhsul və müştəri idarə etməsi departamentlərini kurasiya edəcək.

İş təcrübəsi:

İş fəaliyyətinə 2008-ci ildə TBC Kredit Bank Olmayan Kredit təşkilatında başlayıb.

Bank of Baku komandasına 2012-ci ildə Daxil audit departamentinin auditoru kimi qoşulub.

2020-ci ildən Daxili Nəzarət Departamentinin direktoru, 2021-ci ildən yeni təyinata qədər isə Risklərin idarə edilməsi və nəzarət departamentinin direktoru vəzifəsini icra edib.

Təhsil:

2005-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universiteti Maliyyə və Kredit üzrə bakalavr, 2010-2013-cü illərdə Xəzər Universitetində Maliyyə üzrə magistr dərəcəsi alıb.

Seçilən
31
7
fed.az

8Mənbələr