AZ

6,3 bal gücündə zəlzələ olub

Sakit okeanın ada ölkəsi olan Vanuatuda 6,3 bal gücündə zəlzələ baş verib. 

"Cebhe.info" xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) verdiyi açıqlamada Vanuatuda baş verən zəlzələnin episentrinin Port Olri şəhərindən 51 kilometr şimal-şərqdə olduğu bildirilib. Yerin təxminən 156 kilometr dərinliyində qeydə alınan 6,3 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib. Zəlzələdə can və ya mal itkisi barədə hələlik məlumat verilməyib. 

Bu, son günlər dünya ölkələrində zəlzələlərin artması barədə ardıcıl xəbərlərdən biridir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
6
cebheinfo.az

8Mənbələr