AZ

Sakit okeanda güclü zəlzələ

Sakit okeanın ada ölkəsi Vanuatuda 6.3 bal gücündə zəlzələ baş verib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin (USGS) verdiyi açıqlamada deyilir.
 
Vanuatuda baş verən zəlzələnin episentrinin Port Olri şəhərindən 51 kilometr şimal-şərqdə olduğu bildirilib. 

Yerin təxminən 156 kilometr dərinliyində qeydə alınan 6,3 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.
 
Zəlzələdə can və ya mal itkisi barədə hələlik məlumat verilməyib.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
6
azxeber.com

8Mənbələr