AZ

Delimitasiya: bu yolda partlayış işləri aparılacaq

Ermənistanın Tavuş vilayətində Kirants (Güney)-Açarkut yolunda partlayış işləri aparılacaq.

Olaylar Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Yol idarəsi məlumat yayıb.

Bildirilib ki, iyunun 24-də saat 14:00-da yol tikintisi işləri ilə əlaqədar Kirants-Açarkut yolunda partlayış işləri aparılacaq.

Məlumata görə, sərhədlərin delimitasiyası çərçivəsində kəndin girişindəki yol körpüsü Azərbaycana verildikdən sonra Açarkutdan keçən yol Kirants kəndinə gediş-gəliş üçün alternativ marşruta çevriləcək. (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
101
14
olaylar.az

8Mənbələr