AZ

Delimitasiya: bu yolda partlayış işləri aparılacaq

Ermənistanın Tavuş vilayətində Kirants (Güney)-Açarkut yolunda partlayış işləri aparılacaq.
BUTA.TV Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Yol idarəsi məlumat yayıb. Bildirilib ki, iyunun 24-də saat 14:00-da yol tikintisi işləri ilə əlaqədar Kirants-Açarkut yolunda partlayış işləri aparılacaq.

Məlumata görə, sərhədlərin delimitasiyası çərçivəsində kəndin girişindəki yol körpüsü Azərbaycana verildikdən sonra Açarkutdan keçən yol Kirants kəndinə gediş-gəliş üçün alternativ marşruta çevriləcək.

Seçilən
86
14
buta.tv

8Mənbələr