AZ

Bakıda 2 mərtəbəli ev yanıb

Image

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 180 m² olan kürsülü, ikimərtəbəli 3 otaqlı evin zirzəmisinin yanar konstruksiyaları, içərisinə yığılan əşyalar və taxta tullantıları 60 m² sahədə, 1-ci mərtəbəsində iki otağın yanar konstruksiyaları, ev əşyaları 45 m² sahədə, bitişik sahəsi 72 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının döşəməsi 5 m² sahədə yanıb. Bu barədə FHN-dən bildirilib.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evlərin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mətləb






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
11
baki-xeber.com

10Mənbələr