AZ

Bakıda ikimərtəbəli evdə yanğın - Tüstüdən zəhərlənən var

Bakı. Trend:

Bakıda ikimərtəbəli evdə yanğın olub.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyiməlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi180 m² olan kürsülü, ikimərtəbəli 3 otaqlı evin zirzəmisinin yanarkonstruksiyaları, içərisinə yığılan əşyalar və taxta tullantıları60 m² sahədə, 1-ci mərtəbəsində iki otağın yanar konstruksiyaları,ev əşyaları 45 m² sahədə, bitişik sahəsi 72 m² olan birmərtəbəli 3otaqlı evin 1 otağının döşəməsi 5 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Evlərin qalan hissəsi və bitişik evlər yanğından mühafizəolunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindənsöndürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
11
az.trend.az

10Mənbələr