AZ

Dövlət qulluğunu ilə bağlı beynəlxalq seminar keçirilir - FOTO

24 – 25 iyun 2024-cü il tarixlərində Dövlət İmtahan Mərkəzi və Dövlət Qulluğu üzrə Astana Regional Xabın birgə təşkilatçılığı ilə Bakı şəhərində “Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi” mövzusunda beynəlxalq seminar keçirilir.

 

Sfera.az xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Bosniya və Herseqovina, Şimali Makedoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın dövlət qulluğu orqanlarının rəhbər şəxsləri, dövlət sektorunda insan resurslarının idarə edilməsi siyasətinin formalaşdırılması və həyata keçirilməsinə cavabdeh olan rəsmi qurumların nümayəndələri, Dövlət İdarəçilik Akademiyalarının rektorları iştirak edirlər.

 

Seminarın məqsədi dövlət qulluğunda səriştə əsaslı seçim və qiymətləndirmə sahəsində qabaqcıl təcrübəni bölüşmək, bu sahədə əldə edilmiş bilikləri paylaşmaq, eyni zamanda ölkələrin dövlət qulluğu üzrə rəhbər şəxsləri və mütəxəssisləri arasında dövlət qulluqçularının inkişafına dair müasir təcrübələr üzərindən müzakirələr aparmaqdır. Səriştə modelinə keçid dövlət qulluğuna daha peşəkar, bacarıqlı, şəxsi keyfiyyətləri yüksək olan dövlət qulluqçularının cəlb olunmasını təmin edir. Bu da nəticədə dövlət qulluğunun səmərəliliyini və vətəndaşlara dövlət adından göstərilən xidmətlərin şəffaflığını və effektivliyini təmin edir. 

 

Tədbir DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin açılış nitqi ilə başlanıb. Sədr seminarın təşkil edilməsində dəstəyinə görə Astana Regional Xabın rəhbərliyinə minnətdarlığını bildirib, həmçinin seminarda iştirak edən xarici və yerli tərəfdaşlara, ekspertlərə tədbirə qatacaqları töhfəni yüksək qiymətləndirərək təşəkkür edib. Sədr qeyd edib ki, bu tədbirlər bizə digər ölkələr ilə mövcud sistemlərimizi müqayisə etməyə, onların mənfi və müsbət tərəflərini təhlil edərək gələcək inkişaf perspektivlərini müəyyənləşdirməyə imkan verir.

 

Seminarın iki gün davam etməsi nəzərdə tutulur. 

 

Firuzə Əliyeva

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
9
sfera.az

10Mənbələr