AZ

Bakıda dövlət qulluğu ilə bağlı beynəlxalq seminar keçirilir

Bakıda “Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi” adlı beynəlxalq seminar keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, seminar Dövlət İmtahan Mərkəzi və Dövlət Qulluğu üzrə Astana Regional Xabın birgə təşkilatçılığı ilə reallaşır.

Tədbirdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan, Türkiyə, Bosniya və Herseqovina, Şimali Makedoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın dövlət qulluğu orqanlarının rəhbər şəxsləri, dövlət sektorunda insan resurslarının idarə edilməsi siyasətinin formalaşdırılması və həyata keçirilməsinə cavabdeh olan rəsmi qurumların nümayəndələri, Dövlət İdarəçilik Akademiyalarının rektorları iştirak edirlər.

Tədbir DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin açılış nitqi ilə başlanıb. 

M.Abbazsadə seminarın təşkil edilməsində dəstəyinə görə Astana Regional Xabın rəhbərliyinə minnətdarlığını bildirib, həmçinin seminarda iştirak edən xarici və yerli tərəfdaşlara, ekspertlərə tədbirəqatacaqları töhfəni yüksək qiymətləndirərək təşəkkür edib. 

DİM sədri qeyd edib ki, bu tədbirlər bizə digər ölkələr ilə mövcud sistemlərimizi müqayisə etməyə, onların mənfi və müsbət tərəflərini təhlil edərək gələcək inkişaf perspektivlərini müəyyənləşdirməyə imkan verir.

Bildirilib ki, seminarın məqsədi dövlət qulluğunda səriştə əsaslı seçim və qiymətləndirmə sahəsində qabaqcıl təcrübəni bölüşmək, bu sahədə əldə edilmiş bilikləri paylaşmaq, eyni zamanda ölkələrin dövlət qulluğu üzrə rəhbər şəxsləri və mütəxəssisləri arasında dövlət qulluqçularının inkişafına dair müasir təcrübələr üzərindən müzakirələr aparmaqdır.

Mina Mikayılova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
9
bakivaxti.az

10Mənbələr