AZ

Dərbənddə silahlılarla toqquşma: polis rəisi həlak olub

Terrorçuların hücumundan sonra ölənlərin sayı 10-a çatıb
Dərbənddə silahlılarla toqquşma davam edir. AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə Respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, şəhərdə terrorçularla silahlı toqquşma davam edir, köməyə gələn "Dagestanskie Oqni" rayonunun polis idarəsinin rəisi həlak olub.
Qeyd edək ki, Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində terror hücumu baş verib. Mahaçqalada polisə hücum olub, Dərbənddə isə kilsə və sinaqoqa silahlı hücum təşkil olunub. Nəticədə 7-si polis olmaqla, 9 nəfərin öldüyü, 25 nəfərin yaralandığı bildirilir. Milli Antiterror Komitəsi respublika ərazisində əksterror əməliyyatı rejimi tətbiq edib.
Dağıstanda terrorçuların hücumundan sonra ölənlərin sayı 10-a çatıb. Bu barədə Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölənlərin 8-i hüquq-mühafizə orqanlarının əməkdaşıdır. 25 nəfərin isə yaralandığı qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
50
ayna.az

10Mənbələr