AZ

İran prezidenti seçkisi Türkiyə şəhərlərində də keçiriləcək

İranda 14-cü prezident seçkisi üçün Türkiyənin yeddi şəhərində səkkiz seçki məntəqəsi təşkil olunacaq.

Bununla bağlı, İranın Ankaradakı səfirliyi məlumat yayıb.

"İran İslam Respublikasının 14-cü prezident seçkisinin 2024-cü il 28 iyun tarixində keçirilməsi ilə eyni vaxtda, həmvətənlərimizin seçkidə iştirakını asanlaşdırmaq məqsədilə Ankara, İstanbul, Ərzurum, Trabzon, İzmir, Antalya və Van şəhərlərində seçki məntəqələrinin açılması nəzərdə tutulur", - səfirlikdən bildirilib.(oxu.az)


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
12
big.az

10Mənbələr