AZ

İran prezidenti seçkisi Türkiyə şəhərlərində də keçiriləcək

İranda 14-cü prezident seçkisi üçün Türkiyənin yeddi şəhərində səkkiz seçki məntəqəsi təşkil olunacaq.
 
Bununla bağlı, İranın Ankaradakı səfirliyi məlumat yayıb.
 
"İran İslam Respublikasının 14-cü prezident seçkisinin 2024-cü il 28 iyun tarixində keçirilməsi ilə eyni vaxtda, həmvətənlərimizin seçkidə iştirakını asanlaşdırmaq məqsədilə Ankara, İstanbul, Ərzurum, Trabzon, İzmir, Antalya və Van şəhərlərində seçki məntəqələrinin açılması nəzərdə tutulur", - səfirlikdən bildirilib.
Seçilən
110
12
moderator.az

10Mənbələr