AZ

“Real”da yeni kapitan

“Real”da müdafiəçi Naço Fernandesin ayrılacağı təqdirdə, kimin komandanın kapitanı olacağına qərar verilib.

Futbolinfo.az xəbər verir ki, kapitan sarğısı xorvatiyalı yarımmüdafiəçi Luka Modriçə keçəcək.

Dani Karvaxal “kral klubu”nun vitse-kapitanı olacaq. Üçüncü seçim isə Lukas Vaskesdir.

Daha əvvəl mətbuatda 34 yaşlı Naçonun Madrid nəhəngindən ayrıla biləcəyi haqda xəbərlər yayılmışdı. Onun karyerasını Səudiyyə Ərəbistanı çempionatında və MLS-də davam etdirmək variantları var.

Naço 2012-ci ildən “Real”da çıxış edir. Tərəflər arasında müqavilə iyunun sonunda başa çatır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
3
futbolinfo.az

4Mənbələr