AZ

"Real"ın yeni kapitanı müəyyənləşib

"Real"da müdafiəçi Naço Fernandesin ayrılacağı təqdirdə, kimin komandanın kapitanı olacağına qərar verilib. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, kapitan sarğısı xorvatiyalı yarımmüdafiəçi Luka Modriçə keçəcək. Dani Karvahal "Kral klubu"nun vitse-kapitanı olacaq. Üçüncü kapitan funksiyasını isə Lukas Vaskes yerinə yetirəcək.
 
Daha əvvəl mətbuatda 34 yaşlı Naçonun Madrid nəhəngindən ayrıla biləcəyi haqda xəbərlər yayılmışdı. Onun karyerasını Səudiyyə Ərəbistanı çempionatında və MLS-də davam etdirmək variantları var.
 
Naço 2012-ci ildən "Real"da çıxış edir. Tərəflər arasında müqavilə iyunun sonunda başa çatır.

Seçilən
90
3
sport24.az

4Mənbələr