AZ

Stolüstü tennisçilərimiz "Asiya uşaqları” üçün Yakutska yollanacaq

Azərbaycanın stolüstü tennisçiləri Rusiyanın Yakutsk şəhərində keçiriləcək "Asiya uşaqları" İdman Oyunlarında iştirak edəcəklər. Sport.24 xəbər verir ki, 2009-2010-cu il təvəllüdlü idmançiların qatılacağı yarışda 4 stolüstü tennisçi bacarığını göstərəcək.
 
Turnirdə Şəbnəm Mansurova, Xədicə Eylazova, Tunar Bağirov və Uğur Nəzərli qələbə uğrunda mübarizə aparacaq.
 
İyunun 25-də start veriləcək yarışa beynəlxalq dərəcəli hakim Xəyalə Qiyasova da dəvət alıb.
 
"Asiya uşaqları" İdman Oyunlarına iyulun 7-də yekun vurulacaq.

Seçilən
104
21
sport24.az

10Mənbələr