AZ

4 stolüstü tennisçimiz Yakutska yollanıb

Azərbaycan stolüstü tennisçiləri Rusiyanın Yakutsk şəhərində keçiriləcək "Asiya uşaqları" İdman Oyunlarında iştirak edəcəklər.

İdman.biz xəbər verir ki, ölkəmiz 2009-2010-cu il təvəllüdlü idmançıların qatılacağı yarışda 4 idmançı ilə təmsil olunacaq.

Məşqçilər Elnur Hidayətzadə və Səbinə Əzizlinin rəhbərliyi ilə Şəbnəm Mansurova, Xədicə Eylazova, Tunar Bağirov və Uğur Nəzərli qələbə uğrunda mübarizə aparacaq. İyunun 25-də start veriləcək yarışa beynəlxalq dərəcəli hakim Xəyalə Qiyasova da dəvət alıb.

Qeyd edək ki, "Asiya uşaqları" İdman Oyunlarına iyulun 7-də yekun vurulacaq.

İdman.biz

Seçilən
118
21
idman.biz

10Mənbələr