AZ

Ukrayna Sevastopolu ATACMS-lə vurdu: 5 ölü, 119 yaralı

Sevastopol raket atəşinə tutulub.Mediaxeberleri.Az xəbər verir ki, Sevastopol qubernatoru Mixail Razvojayev məlumat verib.“Raket hücumlarının qarşısı alınıb. 5 hədəf hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Uçkuyevka qəsəbəsində ikisi uşaq olmaqla, 12 nəfər, Lyubimovkada isə iki nəfər yaralanıb”, - Razvojayev bildirib.***Rusiya Müdafiə Nazirliyinin məlumata görə, Ukrayna ordusu Sevastopola ATACMS raketləri ilə zərbələr endirib.Zərbələr nəticəsində biri uşaq olmaqla, 3 nəfər ölüb, 100 nəfər isə yaralanıb.***Sevastopolda yaralananların sayı 124-ə çatıb. Onlardan 27-si uşaqdır.Bunu Rusiya səhiyyə nazirinin müavini Aleksey Kuznetsov deyib.***Sevastopolda raket hücumu nəticəsində ölənlərin sayı 5-ə çatıb. Onlardan ikisi uşaqdır.Bunu Sevastopol qubernatoru Mixail Razvojayev deyib.Onun sözlərinə görə, 119 nəfər yaralanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
19
mediaxeberleri.az

10Mənbələr