AZ

"Ukrayna Rusiyaya uzaqmənzilli raketlərlə  zərbələr endirə bilər" - Pentaqon

"ATACMS raketi HIMARS üçün adi reaktiv mərmilərdən xeyli uzaqvurandır..."
 
Ehtimal ki, söhbət indiyədək Rusiyaya zərbələr üçün qadağan edilən ATACMS raketlərindən gedir
 
Ukrayna hərbçilərinə ABŞ-ın verdiyi uzaqmənzilli raketlərdən təkcə Xarkov yaxınlığında deyil, müdafiə olunmaq üçün Rusiyanın daxilindəki hədəflərə zərbələr endirməyə icazə verilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi, general-mayor Pet Rayder bəyan edib. Məlumatı Associated Press agentliyi yayıb.
 
Onun sözlərinə görə, Rusiya "təhlükəsiz zona" hesab etdiyi öz ərazisinin dərinliyindən Ukrayna hədəflərinə atəşlər açır.
 
"Bu qüvvələrin belə əməliyyatları sərhəddən apardığını gördüyümüzdən biz izah etmişik ki, Ukraynanın özünü müdafiə etmək üçün cavab atəşi açmaq hüququ var", - Rayder jurnalistlərə deyib.
 
Pentaqon bəyan edib ki, əlavə icazələr yeni siyasət deyil.
 
"Söhbət coğrafiyadan getmir. Söhbət sağlam düşüncədən gedir. Əgər Rusiya öz ərazisindən Ukraynaya hücum edirsə və ya hücum etməyə hazırlaşırsa, Ukraynaya ona xaricdən zərbə endirən qüvvələrə zərbə endirməyə imkan verilməsində məna var",  - ordu nümayəndəsi mayor Çarli Dits deyib.
 
O, həmçinin əmin edib ki, ukraynalılar onlara verilən hava hücumundan müdafiə sistemlərindən hətta Rusiyanın hava məkanında olan və "Ukraynanın hava məkanını atəşlərə məruz qoymağa hazırlaşan" "Rusiya təyyarələrini səmadan çıxarmaq üçün" istifadə edə bilər. 
 
Pentaqonun mətbuat katibinin "uzaqmənzilli raketlər" deyəndə birbaşa nəyi nəzərdə tutduğunu qeyd etməməsinə rəğmən, aydındır ki, söhbət ATACMS taktiki raket komplekslərindən gedir. Əvvəllər Rusiya qısa mənzilli (160 km) raketlər alıb, bu il ABŞ uzaqmənzilli (300 km) raketlər verib.
 
ABŞ Rusiyaya zərbələrə məhdudiyyətləri zəiflədir
 
Xəbər verildiyi kimi, mayın sonunda ABŞ Amerika silahından Rusiya ərazisinə zərbələr üçün qoyduğu qadağanı aradan götürüb.
 
Lakin o zaman birbaşa deyilib ki, bu, uzaq məsafəyə və ATACMS taktiki raketlərlə zərbələrə şamil edilmir.
 
Sonradan Ağ Ev dəqiqləşdirib ki, rusiyalılara təkcə Xarkov vilayətində sərhəddə deyil, həm də Sumı vilayətinə bitişik ərazilərdə də zərbələr endirə bilər.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
19
moderator.az

10Mənbələr