AZ

Piyadaları vurub qaçdı:6 nəfər xəsarət alıb - VİDEO

Avtomobillə piyadaları vurub qaçan sürücünün görüntüləri sosial şəbəkədə paylaşılıb. Avtosfer.az xəbər verir ki, hadisə Perunun paytaxtı Limada baş verib.

Kadrlarda, hərəkətdə olan minik avtomobilinin, yolu qarşı tərəfə keçmək istəyən bir neçə piyadını vurduğu görülür.

Yerli KİV-in məlumatına görə, hadisə nəticəsində xəsarət alan 6 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.

Bildirilir ki, piyadaları vuran avtomobil daha iki nəqliyyat vasitəsinə (minik avtomobili və motosiklet) çırpılıb. Qəza törədən sürücü isə daha sonra hadisə yerindən qaçıb.

Onun kimliyi ilə bağlı məlumat verilməyib.

 

Namiq Musayev

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
28
avtosfer.az

10Mənbələr