AZ

AVRO-2024: Xorvatiya millisi cəzalandırıldı

UEFA Xorvatiya milli komandasını cəzalandırıb. Matc.az xəbər verir ki, qitə futbol qurumu Avropa çempionatının qrup mərhələsinin II turunda, Albaniya ilə matçda xorvatiyalı azarkeşlərin qeyri-etik davranışlarına görə yığmaya pul cəriməsi tədbiq edib. Meydana yad əşyalar atması, pirotexniki vasitələrdən istifadə etməsi və təxribat xarakterli mesajlar səbəbindən Xorvatiya 28 min avro cərimələnib. Qeyd edək ki, B qrupunun oyunları çərçivəsində baş tutan Xorvatiya - Albaniya matçı (2:2) heç-heçə yekunlaşıb.    

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
18
matc.az

10Mənbələr