AZ

UEFA Xorvatiya milli komandasını cərimələyib

UEFA Xorvatiya milli komandasını cərimələyib.
 
Qitə futbol qurumu Avropa çempionatının qrup mərhələsinin II turunda, Albaniya ilə matçda xorvatiyalı azarkeşlərin qeyri-etik davranışlarına görə yığmaya pul cəriməsi tədbiq edib.
 
Meydana yad əşyalar atması, pirotexniki vasitələrdən istifadə etməsi və təxribat xarakterli mesajlar səbəbindən Xorvatiya 28 min avro cərimələnib.
 
Qeyd edək ki, B qrupunun oyunları çərçivəsində baş tutan Xorvatiya - Albaniya matçı (2:2) heç-heçə yekunlaşıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
16
moderator.az

10Mənbələr