AZ

Salyanda usta yük maşınının altında qalaraq öldü

Salyanda usta yük maşınının altında qalaraq ölüb.

"Unikal" xəbər verir ki, hadisə Yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayon sakini, 1986-cı il təvəllüdlü Sadıqov Vüsal Seyidməmməd oğlu yük maşınını təmir edən zaman digər avtomobil həmin nəqliyyat vastəsinə çırpılıb.

Nəticədə usta yük maşınının altında qalaraq həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
23
unikal.az

10Mənbələr