AZ

"O dərmanı almağa imkanım çatmadı" - Nadir efirdə ağladı - VİDEO

Müğənni Nadir Qafarzadə "Zaurla Günaydın" verilişində qonaq olub.
 
Proqram zamanı anasından danışan sənətçi göz yaşlarını saxlaya bilməyib. O, imkansızlıqdan anasının istədiyi dərmanı ala bilmədiyini qeyd edib:
 
"Anam xəstə idi. O zamanlar da efirdən bir dərmanı reklam edirdilər. Həmin ərəfədə kanallar da az idi. Bir gün anam mənə dedi ki, "Bu dərmanı mənim üçün al, sağalacağam". Amma imkanım çatmadı ki, anama o dərmanı alım".
 
Göz yaşlarına qərq olan Nadir bu sözlərdən sonra studiyanı tərk edib.
 
Həmin görüntüləri təqdim edirik:
 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
8
moderator.az

9Mənbələr