AZ

"Anama o dərmanı almağa imkanım çatmadı" - Nadir ağladı - VİDEO

Müğənni Nadir Qafarzadə "Zaurla Günaydın" verilişində qonaq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, proqram zamanı anasından danışan sənətçi göz yaşlarını saxlaya bilməyib. O, imkansızlıqdan anasının istədiyi dərmanı ala bilmədiyini qeyd edib:

"Anam xəstə idi. O zamanlar da efirdən bir dərmanı reklam edirdilər. Həmin ərəfədə kanallar da az idi. Bir gün anam mənə dedi ki, "Bu dərmanı mənim üçün al, sağalacağam". Amma imkanım çatmadı ki, anama o dərmanı alım".

Göz yaşlarına qərq olan Nadir bu sözlərdən sonra studiyanı tərk edib.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
8
milli.az

9Mənbələr