AZ

Avtomobillə vurulan 82 yaşlı kişi ağır yaralanıb

Abşeron rayonunda 82 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Məhəmmədi qəsəbəsində qeydə alınıb.

Avtomobil yolu keçən 1942-ci il təvəllüdlü Abdulxan Bəhər oğlu Xeyrullayevi vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ almacıq sümüyünün sınığı və qapalı kəllə-beyin travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
4
ikisahil.az

5Mənbələr