AZ

Pakistan genişmiqyaslı antiterror əməliyyatına başlayır

Pakistanın Baş naziri Şahbaz Şərif yeni genişmiqyaslı antiterror kampaniyasını təsdiqləyib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Baş nazir "Azm-e-İstehkam" əməliyyatına başlamaqla yenilənmiş və gücləndirilmiş milli antiterror kampaniyasını təsdiqləyib",- məlumatda deyilir.

Qeyd olunur ki, bu əməliyyat müxtəlif antiterror proqramlarını vahid nəzarət və koordinasiya altına almağa imkan verəcək. Ekstremistlərə qarşı mübarizədə qonşu ölkələrlə koordinasiya üçün diplomatik səylər gücləndiriləcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
14
milli.az

10Mənbələr