AZ

Pakistan genişmiqyaslı antiterror əməliyyatına başladığını elan edib

Pakistanın Baş naziri Şahbaz Şərif ölkəsinin genişmiqyaslı antiterror kampaniyasının başlatdığını təsdiqləyib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

“Baş nazir Azm-e-İstehkam (Qətiyyətlilik və sabitlik) əməliyyatına başlamaqla yenilənmiş və gücləndirilmiş milli antiterror kampaniyasını təsdiqləyib”, - məlumatda deyilir

 

Bildirilib ki, bu əməliyyat müxtəlif antiterror proqramlarını vahid nəzarət və koordinasiya altına almağa imkan verəcək.

Ekstremistlərə qarşı mübarizədə qonşu ölkələrlə koordinasiya üçün diplomatik səylər gücləndiriləcək.

Müntəzəm olaraq antiterror əməliyyatları keçirən hərbi qulluqçular bütün hüquq-mühafizə orqanlarının tam dəstəyini alacaqlar. (apa) 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
20
iqtisadiyyat.az

10Mənbələr