AZ

Putinin nüvə təhdidləri niyə artıb? - “Bunun faktiki nüvə eskalasiyası ilə nəticələnməsi ehtimalı çox azdır”

Ardıcıl iki gün Rusiya Prezidenti Vladimir Putin nüvə silahından istifadə ehtimalından danışır və Qərbin, Ukraynanın ünvanına nüvə təhdidlərini gücləndirir.

“AzPolitika” xəbər verir ki, Amerika Müharibə Araşdırmaları İnstitutu(ISW) Putinin nüvə isterikasının səbəblərilə bağlı hesabatında bu təhdidlərin yenə də Qərbin qorxudulması və onun Ukraynaya dəstəyinin azaldılması məqsədi daşıdığını yazıb.

İnstitutun mütəxəssisləri hesab edirlər ki, Putin Qərbin Ukraynaya gələcək dəstəyinin qarşısını almaq və beynəlxalq ictimaiyyətin Ukrayna ilə bağlı səylərini sarsıtmaq üçün nüvə təhdidlərini artırır.

Hesabatda qeyd olunur ki, iyunun 21-də Putin rusiyalı zabit-məzunlar qarşısında çıxışı zamanı bildirib ki, Rusiya “strateji çəkindirmənin qarantiyası” və dünyada qüvvələr balansını qorumaq vasitəsi kimi nüvə triadasını daha da inkişaf etdirməyi planlaşdırır.

Bundan öncə, iyunun 20-də isə Vyetnamda keçirdiyi mətbuat konfransında Putin bildirib ki, Rusiya özünün nüvə doktrinasında nüvə silahından istifadə üçün “həddin aşağı salınmasını” nəzərdən keçirir.

Çünki onun dediyinə görə, Rusiyanın Ukraynadakı strateji məğlubiyyəti guya Rusiya dövlətçiliyinin sonu demək olacaq. ISW qeyd edir ki, Putinin Ukraynadakı məğlubiyyəti Rusiya dövləti üçün ekzistensial təhlükə kimi qiymətləndirməsi qüsurludur. Əslində isə o, bu uydurma təhlükəni nüvə doktrinasına görə “müstəsna hal” kimi təqdim edərək, nüvə suilahının tətbiqi üçün bəhanə olaraq önə çəkməyə çalışır.

ISW həmçinin vurğulayır ki, Putinin 21 iyun bəyanatı onun Qərbin səylərini sabotaj etməyə yönəlmiş informasiya əməliyyatının davamı kimi görünür. Çünki Qərbin fikrincə, müharibənin son məqsədi Ukraynanın qələbəsi olmalıdır.

Amerikalı mütəxəssislər hesab edirlər ki, nüvə eskalasiyası təhlükəsi Rusiyanın Qərb liderlərini təhdid etmək üçün əsas vasitə olaraq qalsa da, artıq bu təhdidlər Kremlin gözlədiyi nəticələri vermir. Çünki artıq Qərb üçün bu təhdidlər adiləşib və onun əlində Rusiyanı çəkindirəcək, durduracaq kifayət qədər vasitələr var: “Bunun (Qərbin ixtiyarındakı) nüvə və ənənəvi çəkindirici vasitələr sayəsində faktiki nüvə eskalasiyası ilə nəticələnəcəyi ehtimalı çox azdır”.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
5
azpolitika.info

5Mənbələr