AZ

Putin nüvə təhdidini niyə artırıb? - İSW səbəbləri açıqladı

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (İSW)növbəti diqqət çəkən hesabat dərc edib.

News365.az xəbər verir ki, İSW-nin hesabatına görə, Rusiya prezidenti Vladimir Putin Qərbin Ukraynaya artan hərbi dəstəyinin qarşısını almaq məqsədi ilə hazırda davam edən informasiya kampaniyasının bir hissəsi olaraq nüvə təhdidlərindən yararlanır.

"Putin iyunun 21-də rus zabitləri qarşısında çıxışı zamanı bildirib ki, Rusiya “strateji çəkindirmənin qarantiyası” kimi nüvə triadasını daha da inkişaf etdirməyi planlaşdırır və bununla da dünyada güc balansının qorunub saxlanılmasına çalışır. O həmçinin vurğulayıb ki, ölkəsi həmçinin adi döyüş qabiliyyətinə aid sistemləri və müdafiə sənayesi istehsalını artırmaq üzərində işləyir”, - hesabatda hesabatda yazılıb.

Bundan əlavə, Putin iyunun 20-də Vyetnamda keçirdiyi mətbuat konfransında da bu mövzuya toxunmuşdu. O, istisna etmir ki, ölkəsi Ukraynada məğlub olsa, bu təhlükəlis silaha əl atılacaq.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. 

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
5
news365.az

5Mənbələr