AZ

“Yaxın Şərqdə münaqişə genişlənə bilər” – Quterreş


“İsraillə Livandakı “Hizbullah” təşkilatı arasında gərginliyin artması Yaxın Şərqdə münaqişənin genişlənməsinə səbəb ola bilər”.
Yeniavaz.com
xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş jurnalistlərə açıqlamasında deyib.
“İsrail və Hizbullah arasında “Mavi xətt” üzrə gərginliyin artması ilə bağlı dərin narahatlığımı ifadə etməyə məcburam. Yaxın Şərqdə münaqişənin genişlənməsi riski realdır və bunun qarşısını almaq lazımdır. Region və dünya xalqları Livanın Qəzzaya çevrilməsinə icazə verə bilməzlər”, - deyə baş katib vurğulayıb.
Eyni zamanda, Quterreş BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) komandanlığının Livanın cənubunda münaqişənin genişlənməsinin qarşısını almaq üçün cəhdlər etdiyini təsdiqləyib.
Qeyd edək ki, “Hizbullah” milisləri ilə İsrail ordusu arasında sonuncu münaqişə 2006-cı ilin yayında Livanın cənubunda baş verib. BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi 36 dövlətdən 12 min sülhməramlının nəzarətində olan sərhəddə atəşkəs elan edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
2
yeniavaz.com

6Mənbələr