AZ

“Yaxın Şərqdəki münaqişə genişlənə bilər”


“İsraillə Livandakı “Hizbullah” təşkilatı arasında gərginliyin artması Yaxın Şərqdə münaqişənin genişlənməsinə səbəb ola bilər”.
Yeniavaz.com
xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş jurnalistlərə açıqlamasında deyib.
“İsrail və Hizbullah arasında “Mavi xətt” üzrə gərginliyin artması ilə bağlı dərin narahatlığımı ifadə etməyə məcburam. Yaxın Şərqdə münaqişənin genişlənməsi riski realdır və bunun qarşısını almaq lazımdır. Region və dünya xalqları Livanın Qəzzaya çevrilməsinə icazə verə bilməzlər”, - deyə baş katib vurğulayıb.
Eyni zamanda, Quterreş BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) komandanlığının Livanın cənubunda münaqişənin genişlənməsinin qarşısını almaq üçün cəhdlər etdiyini təsdiqləyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
2
yeniavaz.com

6Mənbələr