AZ

Avro 2024: Avstriya yığması inamlı qələbə qazanıb

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunda növbəti oyun keçirilib.

Doğru.az xəbər verir ki, D qrupunun ilk matçında Polşa və Avstriya yığmaları üz-üzə gəliblər. Görüş avstriyalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Avstriyanın heyətində qolları Gernot Trauner, Kristof Baumqartner və Marko Arnautoviç vurub. Polşada isə Kjiştof Piatek fərqlənib.

Qrupun digər görüşündə isə Niderland və Fransa komandaları meydana çıxacaqlar. Oyun 23:00-da start götürəcək.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
9
dogru.az

10Mənbələr