AZ

Avro 2024: Avstriya yığması Polşaya qalib gəldi

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunda növbəti oyun keçirilib.

Korrespondent.az bildirir ki, D qrupunun ilk matçında Polşa və Avstriya yığmaları üz-üzə gəliblər. 

Görüş avstriyalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Avstriyanın heyətində qolları Gernot Trauner, Kristof Baumqartner və Marko Arnautoviç vurublar. Polşada isə Kjiştof Piatek fərqlənib.

Xatırladaq ki, qrupun digər görüşündə Niderland və Fransa komandaları meydana çıxacaqlar. Oyun 23:00-da start götürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
9
korrespondent.az

10Mənbələr