AZ

"Hizbullah" İsrailə hücum edə bilər

İsrail təhlükəsizlik mənbələrinin məlumatına görə, "Hizbullah" İsrailə qarşı qabaqlayıcı zərbə endirə bilər.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, iki ölkə sərhədində gərginlik sürətlə artarkən, Küveyt Livandakı vətəndaşlarından bir an əvvəl ölkəni tərk etmələrini istəyib.

Məlumata görə, təhlükəsizlik mənbələri “Hizbullahın baş katibi Həsən Nəsrullahın İsrailin Livanın cənubuna gözlənilməz və böyük bir hücuma keçməsindən çox qorxur və bu qorxuya görə hücuma keçərək  İsrailə qarşı qabaqlayıcı addım atmağı düşünür”. 

Küveyt Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, hazırda Livanda olan vətəndaşlardan ən qısa zamanda ölkəni tərk etmələri, ölkəni tərk edə bilməyənlərdən isə dərhal Küveytin Livan səfirliyi ilə əlaqə saxlamaları istənilib. Bəyanatda həmçinin vətəndaşlara bölgədəki şərtlər və təhlükəsizliklə bağlı inkişaflar fonunda Livana səfər etməməyə çağırılıb. 

2023-cü ilin oktyabrın 7-dən Qəzza zolağına hücumlarını davam etdirən İsrail şimal sərhədində də Livan Hizbullahı ilə döyüşür. Son həftələr İsrail və Livan arasında "Mavi xətt" adlanan sərhəd xəttində gərginlik artmaqdadır. 

İsrail ordusu iyunun 18-də Livana mümkün hücum üçün "əməliyyat planını" təsdiqlədiyini açıqlayıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
50
unikal.az

10Mənbələr