AZ

Xronika: "Daşnaklar və revanşistlərin soydaşlarımıza hücum etməyəcəyinin zəmanəti yoxdur"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
"Kipr modeli" hazırda Qərbi Azərbaycan məsələsində aktuallaşır" adlı süjetdə vaxtilə Qarabağ münaqişəsində mütəmadi olaraq gündəmə gətirilən "Kipr modeli"nin hazırda Qərbi Azərbaycan məsələsində aktuallaşdığı bildirilib.
Qeyd olunub ki, indi Ermənistanda azərbaycanlıların öz evlərinə qayıdışından sonra Qərbi Azərbaycan ərazisində bu modelin tətbiqinin planlaşdırıldığına dair müzakirələr aparılır: "Qarabağ münaqişəsi mövcud olanda Ermənistan və onun havadarları "Kipr modeli"nin Azərbaycan ərazisində həyata keçirilməsinə çalışırdılar. Lakin Azərbaycanın siyasi iradəsi belə bir modelin tətbiqinə qarşı idi və 44 günlük müharibə, ardınca 24 saatlıq anti-terror tədbirləri ermənilərin və onların havadarlarının Qarabağ üzərindəki planlarını darmadağın etdi".
Vurğulanıb ki, Kipr modelinin Qərbi Azərbaycanda tətbiqi nəzəri və praktiki baxımdan mümkündür: "Qərbi Azərbaycan tarixi torpağımızdır və o ərazilərdəki mülkiyyət hüquqi da azərbaycanlılara məxsusdur. Qərbi azərbaycanlılar SSRİ dövründə Ermənistan SSR-nin pasportlarına malik olublar. Bu amil soydaşlarımızın öz tarixi yurdlarına hüquqi varisliyini təsdiq edir və onların mümkün qayıdışı ssenarisi beynəlxalq hüquqda təsbit olunub".
Diqqətə çatdırılıb ki, Ermənistanda 300 min azərbaycanlının geri qayıdacağı, ardınca onların təhlükəsizliyi üçün Azərbaycan və Türkiyənin Qərbi Azərbaycana qüvvələr yerləşdirəcəyi, daha sonra isə azərbaycanlıların öz müqəddəratını təyinetmə hüququndan istifadə edəcəyi iddiaları müzakirə olunur. Əsas proqnozlar Qərbi Azərbaycanda Kipr modelinin tətbiq ediləcəyinə aiddir. Bunu İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasının rəhbəri Vardan Voskanyan da iddia edir. Onun sözlərinə görə, rəsmi Bakı və Ankara Qərbi Azərbaycan planını həyata keçirməyə hazırlaşır.
Sonda vurğulanıb ki, azərbaycanlıların yığcam yaşayacağı Göyçə, Zəngəzur kimi bölgələrdə Qərbi Azərbaycan Respublikasının yaranması perspektivi heç vaxt istisna edilməməlidir: "Hadisələrin bu istiqamətdə inkişaf edib-etməyəcəyi isə böyük ölçüdə Ermənistandan asılıdır. Rəsmi İrəvan azərbaycanlıların öz evlərinə ləyaqətli şəkildə qayıtmasını, o cümlədən, onların təhlükəsizliyini təmin edərsə, hadisələr bu istiqamətdə inkişaf etməyə də bilər. Əks təqdirdə, Azərbaycan beynəlxalq hüququn yaratdığı bütün imkanlardan istifadə etməklə, Qərbi Azərbaycanla bağlı pozulmuş tarixi ədaləti özü təmin edəcək".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
50
oxu.az

10Mənbələr