AZ

Bəs bizimkilər hanı? - Postsovet ölkələrinin ən bahalı futbolçuları

Transfer məlumatları üzrə ixtisaslaşan “Transfermarkt” saytı postsovet ölkələri tarixinin ən bahalı futbolçularının siyahısını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, sıralamada 13 futbolçu yer alıb.

Təəssüf ki, burada bir azərbaycanlı oyunçunun adına rast gəlmirik.

Siyahının 1-ci pilləsində 85 milyon avro dəyərində olan gürcüstanlı cinah yarımmüdafiəçisi Xviça Kvaratsxeliya qərarlaşıb.

2-ci yerdə 60 milyon avro dəyərində olan ukraynalı yarımmüdafiəçi Mixail Mudrikdir.Andrey Şevçenko isə 3-cüdür (51 milyon avro).

"10-luq" belədir:

1. Xviça Kvaratsxeliya - 85 milyon avro (2023).

2. Mixail Mudrik - 60 milyon avro (2023).

3. Andrey Şevçenko- 51 milyon avro (2006).

4. Aleksandr Zinçenko - 42 milyon avro (2023).

5. Henrix Mxitaryan - 37 milyon avro (2016).

6-8. Georgi Sudakov- 35 milyon avro (2024).

6-8. Giorgi Mamardaşvili - 35 milyon avro (2024).

6-8. Artyom Dovbik - 35 milyon avro (2024).

9. İlya Zabarnı (Bornmut) - 32 milyon avro (2024).

10-13. Aleksandr Qolovin - 30 milyon avro (2018).

10-13. Mario Fernandes- 30 milyon avro (2019).

10-13. Ruslan Malinovski- 30 milyon avro (2021).

10-13. Viktor Tsıqankov- 30 milyon avro (2024).

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
3
sportinfo.az

7Mənbələr