AZ

Kvaratsxeliya postsovet məkanında hamıdan öndədi

Transfer məlumatları üzrə ixtisaslaşan “Transfermarkt” saytı postsovet ölkələri tarixinin ən bahalı futbolçularının siyahısını açıqlayıb.

Sıralamaya 13 futbolçu daxil edilib. Siyahının 1-ci pilləsində 2023-cü ildə 85 milyon avro dəyərində olan gürcüstanlı yarımmüdafiəçi Xviça Kvaratsxeliya qərarlaşıb. 2-ci yerdə ötən il 60 milyon avro dəyərləndirilən ukraynalı Mixail Mudrik, 3-cü yerdə isə daha bir ukraynalı Andrey Şevçenkodu (51 milyon avro, 2006-cı il). İlk “13-lüy”ə düşənlərin kimliyini də nəzərinizə çatdırrıq:
4. Aleksandr Zinçenko - 42 milyon (2023), 5. Henrix Mxitaryan - 37 milyon (2016). 6-8. Georgi Sudakov - 35 milyon (2024), Giorgi Mamardaşvili - 35 milyon (2024), Artyom Dovbik - 35 milyon (2024), 9. İlya Zabarnı (Bornmut) - 32 milyon (2024). 10-13. Aleksandr Qolovin - 30 milyon (2018), Mario Fernandes - 30 milyon (2019), Ruslan Malinovski - 30 milyon (2021), Viktor Sıqankov - 30 milyon (2024).

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
3
football-plus.az

7Mənbələr