AZ

"ABŞ Amerika silahı ilə Rusiyaya zərbə endirilməsinə qadağanı zəiflədib" - "Politico"

 
"Məsələ coğrafiyada deyil, sağlam düşüncədədir, Rusiya öz ərazisindən Ukraynaya hücum edirsə, Ukraynaya buna cavab üçün icazə verilməsində məna var..."
 
ABŞ Amerika silahı ilə Rusiyaya zərbələr endirməyə qoyduğu məhdudiyyətləri zəiflədib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
 
ABŞ-ın rəsmi şəxsləri qeyd edir ki, bu, Vaşinqtonun Amerikanın verdiyi silahla Rusiyanın dərinliyinə zərbələrə qadağa ilə bağlı siyasətinin dəyişməsi demək deyil. 
 
ABŞ Ukraynaya təkcə Xarkov yaxınlığında deyil, sərhəddən hücum edən Rusiyanın istənilən qüvvələrinin məhv edilməsi üçün Amerika silahından istifadə etməyə icazə verib. 
 
ABŞ Xarkov vilayətinin sərhəddi yaxınlığında hədəflərə zərbələr vurmağa icazə verdikdən sonra Ukrayna qoşunları ən azı bir dəfə Amerika silahından Rusiya ərazisinə zərbə endirmək üçün istifadə edib. O zaman Belqorod vilayətindəki hədəflər məhv edilib.
 
Lakin Ukrayna və Avropanın digər rəsmi şəxsləri ABŞ-a öz məhdudiyyətlərini daha da zəiflətməyə, bununla da Ukraynaya Rusiyanın istənilən nöqtəsindəki hədəflərə zərbələr endirməyə imkan verilməsi üçün təzyiq edib.
 
Milli təhlükəsizlik üzrə müşavir Ceyk Sallivan bəyan edib ki, Amerika silahı ilə Rusiyaya zərbələr endirmək barədə Ukrayna ilə saziş "Rusiya qoşunlarının Rusiya tərəfindən Ukrayna tərəfinə onun daha çox ərazilərini zəbt etmək üçün sərhəddi keçdiyi istənilən yerə" şamil edilir.
 
"Məsələ coğrafiyada deyil. Məsələ sağlam düşüncədədir. Əgər Rusiya öz ərazisindən Ukraynaya hücum edirsə və ya hücum etmək niyyətindədirsə, Ukraynaya sərhəddən ona zərbə endirən qüvvələrə cavab verməyə imkan verilməsində məna var", - o, deyib.
 
Amerikanın iki məmuru anonimlik şərtilə vurğulayıb ki, Ukraynaya "sərhəddin istənilən nöqtəsindən atəşə cavab olaraq" Rusiya ərazisinə zərbələr endirməyə icazə verilməsi Ağ Evin siyasətinin dəyişilməsi demək deyil.
 
Əvvəlcə bu addım yalnız Rusiyanın Xarkov vilayətinə hücumu kontekstində nəzərdən keçirilib, lakin bu, digər sərhəd hücumlarına cavab zərbəsi endirmək imkanını istisna etmir, məmurlardan biri deyib.
 
Rusiyaya Qərb silahı ilə zərbələr
 
Rusiya ərazisindəki hədəflərə Qərb silahı ilə zərbələr endirilməsinə təkcə ABŞ icazə verməyib. Bu qərara həmçinin Almaniya dəstək verib. Kansler Olaf Şolts vurğulayıb ki, Ukraynanın öz ərazisinə hücumlardan müdafiə olunmaq hüququ var.
 
Bundan öncə Fransa prezidenti Emmanuel Makron Ukraynaya Rusiya ərazisinə zərbələr üçün uzaqvuran silahların tədarükünə dəstək verib.
 
O, həmçinin Ukraynaya Rusiya ərazisində işğalçıların Ukrayna şəhərlərinə hücum etdiyi hərbi obyektlərə zərbələr endirmək üçün icazə verilməsinə tərəfdar çıxıb.
 
Bundan başqa, Rusiya ərazisinə Qərb silahı ilə zərbələr endirməyə icazə verilməsinə Polşa, Çexiya, Litva, Latviya, Estoniya, Böyük Britaniya, Danimarka və bir sıra digər ölləkər dəstək verib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
31
moderator.az

10Mənbələr