AZ

ABŞ Kiyevə sərhədi keçən Rusiya ordusuna zərbə endirməyə icazə verib

ABŞ  Kiyevə sərhəddən Ukraynaya hücum edən Rusiya qüvvələrinə zərbə endirmək üçün Amerika silahlarından istifadə etməyə icazə verib.

Azpost.info bildirir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

“Amerika rəsmilərinin sözlərinə görə, ABŞ Ukraynaya bildirib ki, təkcə Xarkov yaxınlığındakı ərazidə deyil, sərhədi keçərək hücum edən istənilən Rusiya qüvvələrinə zərbələr endirmək üçün Amerikanın verdiyi silahlardan istifadə edə bilər”.

Amerika rəsmiləri ABŞ-ın yanaşmasının dəyişmədiyini israr edirlər. Eyni zamanda, nəşrin qeyd etdiyi kimi, əvvəllər Amerika rəsmiləri icazənin yalnız Rusiyanın Xarkov vilayəti yaxınlığındakı ərazilərinə şamil edildiyini iddia edirdilər.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bu həftənin əvvəlində bildirib ki, Vaşinqton Amerika silahlarının Ukraynanın Sumı vilayəti ilə sərhədində Rusiya ərazisində yerləşən Rusiya qoşunlarına zərbə endirməsini məqbul hesab edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
31
azpost.info

10Mənbələr