AZ

Azərbaycanda əmək müqaviləsinin bağlanması qaydası dəyişir

Bakı. Trend:

Azərbaycanda əmək müqaviləsinin bağlanması qaydası dəyişir,kağız daşıyıcılardan elektron sistemə keçid edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu günkeçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif ediləndəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, əmək müqaviləsi elektron informasiyasistemində elektron sənəd formasında bağlanacaq, əmək müqaviləsibildirişi ləğv olunacaq.

Əmək Məcəlləsinə dəyişiklik qüvvəyə mindiyi tarixdən elektroninformasiya sistemində məlumatları mövcud olan əmək kitabçalarıişəgötürənlər tərəfindən işçilərə təhvil veriləcək. Bu qanunqüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektronsənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mərhələlərə uyğunolaraq həyata keçiriləcək.

Qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il30 noyabr tarixli 1893 nömrəli Fərmanına uyğun olaraq əməkmünasibətləri, dövlət sosial sığorta sistemində fərdi uçot vəməşğulluq sahələrində rəqəmsal xidmətlərin genişləndirilməsininhüquqi əsaslarını müəyyən edən normativ hüquqi aktlarıntəkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Son dövrlərdə əmək və məşğulluq sahələrininelektronlaşdırılmasında mühüm addımlar atılıb. Bunlardan ən əsasıƏmək Məcəlləsinə 27 dekabr 2013-cü il tarixli Qanunla edilmişdəyişikliyə əsasən əmək münasibətlərində elektronlaşmanın təminedilməsi ilə bağlı "Əmək müqaviləsi bildirişi" altsistemininyaradılması olmuşdur.

Bununla belə, əmək müqaviləsi bildirişinin qeydiyyatı ilə bağlıdəyişiklik nəticəsində əmək münasibətləri sahəsində proseslərin çoxaz bir hissəsi elektronlaşdırılıb. Hazırda əmək müqavilələrininbağlanması, şərtlərinin dəyişdirilməsi və xitamınınsənədləşdirilməsi, əmək şəraiti, əməyin ödənilməsi ilə bağlı əksərproseslər kağız daşıyıcıları vasitəsilə həyata keçirilir ki, bu daəmək münasibətləri sahəsində çevikliyin və operativliyin təminolunmasına maneələr törədir. Sözügedən hallar, xüsusilə kiçik vəorta sahibkarlıq subyektləri üçün izafi xərclər yaradır, onlarıninsan resurslarını səmərəli idarəetməsinə imkan vermir.
Təklif edilən dəyişikliklər və təkmilləşdirilən altsistem işçiqüvvəsi balansı, İşçi qüvvəsinə təklif və tələbin ehtimal olunanhəcmi və bölüşdürülməsi barədə dəqiq göstəricilər əsasındatəhlillərin aparılmasına imkan yaradacaqdır. Belə ki, əmək vəməşğulluq sahələrinin elektronlaşdırılması ilə bağlı görüləntədbirlər nəticəsində əldə olunan müsbət təcrübə, habelə həllinigözləyən təxirəsalınmaz sosial məsələlər bu sahədə elektronlaşmanındaha da genişləndirilməsinə, təkmilləşdirilməsinə, əmək vəməşğulluq sahələrində tam rəqəmsal idarəetmənin tətbiqinə zəminyaratmışdır.

Beləliklə, "Əmək və məşğulluq" altsistemi vasitəsilə aşağıdakıproseslər rəqəmsallaşdırılacaqdır:
əmək münasibətlərinin rəsmiləşdirilməsi (əmək müqaviləsininelektron qaydada bağlanılması, dəyişdirilməsi və xitamı,İşəgötürənin əmrlərinin, əmək müqavilələrinin elektronreyestri);

əməyin təşkili (işəgötürənin elektron profilinin, strukturunun,ştat cədvəlinin, rəqəmsal kadrlar uçotunun şəxsi vərəqəsininyaradılması və istehsalat təqviminin yerləşdirilməsi);

əməyin ödənilməsi (əmək haqqının ödənilməsi və əmək haqqındantutulmaların vahid platforma vasitəsilə həyata keçirilməsi); əməyinmühafizəsi (iş yerlərinin attestasiyasının vahid altsistemüzərindən təşkili və nəticələrinin, əməyin mühafizəsi üzrətəlimatların, sertifikatların altsistemdə yerləşdirilməsi,istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılmasının təşkilivə uçotu);

məşğulluq tədbirləri (özünüməşğulluğun, peşəyönümünün, haqqıödənilən ictimai işlərin, kvotadan əlavə iş yerlərinin və sosialmüəssisələrin yaradılmasının, məqsədli proqramların həyatakeçirilməsinin innovativ həllərin tətbiqi ilə təşkili);

elektron əmək birjası və əmək yarmarkası, vakansiya bankı,elektron məşğulluq xəritəsi (işaxtaran və işsiz şəxslərin işədüzəlməsi imkanlarının, habelə işəgötürənlərin keyfiyyətli işçiqüvvəsi ilə təmin edilməsi, həmin tərəflər arasında birbaşamünasibət və əlaqələrin qurulması, şəxslərin əmək bazarı barədəətraflı məlumatlandırılması);

sosial tərəfdaşlarla iş (kvota şamil edilən işəgötürənlərin,işəgötürən müəssisədə kvotanın miqdarının müəyyən edilməsi, kvotaüzrə işə qəbul edilənlərin, kvota üzrə vakant iş yerlərinin, sosialmüəssisələrin, sosial iş yerlərinin, kvotadan əlavə iş yerlərinin,məqsədli proqramlar tətbiq edilən işəgötürənlərin, həmkarlarittifaqlarının, sahəvi assosiasiyaların, peşə birliklərinin,işəgötürənlərin, işəgötürənlərin nümayəndəli orqanlarının,işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxsləruçotu);

məşğulluq sahəsində və əməyin sosial-hüquqi məsələlərinə nəzarət(risk əsaslı yoxlama və monitorinqlərin təşkili, səyyaryoxlamaların azaldılması, nəticələrinin yerləşdirilməsi, əməkqanunvericiliyinin pozulması ilə bağlı verilmiş sanksiyaların,müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmahüququndan məhrum etmə ilə bağlı məhkəmə qərarlarının altsistemdəyerləşdirilməsi, elektron cərimə, elektron audit);

məşğul şəxslərin reyestri (məşğul, habelə digər gəliri olanşəxslərin reyestri, şəxslərin xərclərinin strukturu);

vergi, məcburi dövlət sosial sığorta haqları və digər məcburiödəmələrin həyata keçirilməsinin optimallaşdırılması.

Beləliklə, layihədə nəzərdə tutulan dəyişikliklərə əsasən əmək,dövlət sosial sığorta sistemində fərdi uçot və məşğulluqsahələrində vahid platforma üzərindən rəqəmsal idarəetmənin tətbiqidigər inzibati orqanlar tərəfindən inzibati icraat çərçivəsindəməlumat mübadiləsini asanlaşdırmaqla, bu sahədə süründürməçilik,saxtakarlıq, korrupsiyaya şərait yaradan halların aradanqaldırılmasına gətirib çıxaracaqdır.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşdaqəbul edilib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
12
az.trend.az

10Mənbələr