AZ

Azərbaycanda əmək müqaviləsinin bağlanması qaydası dəyişir

Qanun layihəsinə əsasən, əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlanacaq, əmək müqaviləsi bildirişi ləğv olunacaq. 

Əmək Məcəlləsinə dəyişiklik qüvvəyə mindiyi tarixdən elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları işəgötürənlər tərəfindən işçilərə təhvil veriləcək. Bu qanun qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mərhələlərə uyğun olaraq həyata keçiriləcək. 

Qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 noyabr tarixli 1893 nömrəli Fərmanına uyğun olaraq əmək münasibətləri, dövlət sosial sığorta sistemində fərdi uçot və məşğulluq sahələrində rəqəmsal xidmətlərin genişləndirilməsinin hüquqi əsaslarını müəyyən edən normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Son dövrlərdə əmək və məşğulluq sahələrinin elektronlaşdırılmasında mühüm addımlar atılıb. Bunlardan ən əsası Əmək Məcəlləsinə 27 dekabr 2013-cü il tarixli Qanunla edilmiş dəyişikliyə əsasən əmək münasibətlərində elektronlaşmanın təmin edilməsi ilə bağlı "Əmək müqaviləsi bildirişi" altsisteminin yaradılması olmuşdur.

Bununla belə əmək müqaviləsi bildirişinin qeydiyyatı ilə bağlı dəyişiklik nəticəsində əmək münasibətləri sahəsində proseslərin çox az bir hissəsi elektronlaşdırılıb. Hazırda əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitamının sənədləşdirilməsi, əmək şəraiti, əməyin ödənilməsi ilə bağlı əksər proseslər kağız daşıyıcıları vasitəsilə həyata keçirilir ki, bu da əmək münasibətləri sahəsində çevikliyin və operativliyin təmin olunmasına maneələr törədir. Sözügedən hallar, xüsusilə kiçik və orta sahibkarlıq subyektləri üçün izafi xərclər yaradır, onların insan resurslarını səmərəli idarəetməsinə imkan vermir.

Təklif edilən dəyişikliklər və təkmilləşdirilən altsistem işçi qüvvəsi balansı, İşçi qüvvəsinə təklif və tələbin ehtimal olunan həcmi və bölüşdürülməsi barədə dəqiq göstəricilər əsasında təhlillərin aparılmasına imkan yaradacaqdır. Belə ki, əmək və məşğulluq sahələrinin elektronlaşdırılması ilə bağlı görülən tədbirlər nəticəsində əldə olunan müsbət təcrübə, habelə həllini gözləyən təxirəsalınmaz sosial məsələlər bu sahədə elektronlaşmanın daha da genişləndirilməsinə, təkmilləşdirilməsinə, əmək və məşğulluq sahələrində tam rəqəmsal idarəetmənin tətbiqinə zəmin yaratmışdır. 

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
10
cebheinfo.az

10Mənbələr