AZ

YAP növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentə MÜRACİƏT ETDİ

Parlamentdə Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputatların VI çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciəti dinlənilir. 

Gundem.az xəbər verir ki, müraciəti deputat Hikmət Babaoğlu səsləndirir.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında partiyanı Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.(sfera.az)

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
7
gundem.az

10Mənbələr