AZ

Milli Məclisin Prezidentə müraciəti ilə bağlı qərar layihəsi HAZIRLANDI  

Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə qərar layihəsi hazırlanıb. 

Bizim.Media xəbər verir ki, qərarın mətnini parlamentə Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev təqdim edir. 

Qeyd edək ki, iyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında YAP-ı Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib. 
Parlamentin bu gün keçirilən iclasında isə Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi məsələsi müzakirəyə çıxarılıb. 

Murad Əhmədov, Bizim.Media

Seçilən
121
12
bizim.media

10Mənbələr