AZ

Xalqın vahid mövqeyinin əsası: Azərbaycançılıq ideyası

İSTİQAMƏT: 6.3.9. azərbaycançılıq ideyasının təbliği

Xalqın vahid mövqedən çıxış etməsi bir ölkənin gücünün əsas göstəricisi hesab olunur. Bəllidir ki, fikir ayrılığı olan cəmiyyətlərdə böyük problemlər, qarşıdurmalar yaşanır.

Bu problemlər isə sonra dövlətin parçalanmasına, milli maraqların arxa plana keçməsinə səbəb olur.Azərbaycanda bu baxımdan vəziyyət olduqca yaxşıdır. Məlumdur ki, Azərbaycanda çoxsaylı millətlərin nümayəndələri yaşayır.

Bildirim ki, Azərbaycan əhalisinin 8,4 faizini milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir. Bu gün ölkədə yəhudilər, talışlar, kürdlər, tatlar, avarlar, saxurlar, Şahdağ xalqları, ləzgilər, rutullar, malakanlar, ingiloylar, qaraçılar, aşşurlar, udilər, almanlar, ruslar yaşayırlar. Onların dini, dili, mədəniyyəti dövlət tərəfindən ən yüksək səviyyədə qorunur.Hansı milli azlığın nümayəndəsi olmasından asılı olmayaraq, Azərbaycan Respublikasının vətəndaşı kimi bərəbarhüquqludurlar.

Bu birliyin ərsəyə gəlməsi üçün isə vahid ideologiya lazımdır. Azərbaycançılıq ideologiyası məhz bu amala xidmət edir. Sirr deyil ki, Azərbaycanda çoxsaylı xalqların sivil şəkildə birgə yaşamasının ən başlıca səbəbi ölkədə azərbaycançılıq ideyasının hər kəs tərəfindən qəbul edilməsidir.

Azərbaycançılıq ideyası bu mənada milli birliyin formalaşmasında önəmli rol oynayıb. 

Xatırladım ki, Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri kimi fəaliyyət göstərdiyi dövrün əvvəllərində - 1991-ci ilin dekabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi haqqında tarixi qərar qəbul edib. 1991-ci il dekabr ayının 25-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin təşəbbüsünü dəstəkləyərək 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi və həmin günün hər il milli dövlət bayramı kimi qeyd olunması barədə qərar çıxartdı. Bu gün də azərbaycançılıq ideyasının təbliği və inkişaf etdirilməsi dövlətin əsas prioritetlərindən biridir.

Prezident İlham Əliyev də dəfələrlə azərbaycançılıq ideologiyasının vacibliyini vurğulayıb. “Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Göründüyü kimi, azərbaycançılıq ideologiyası bu gün cəmiyyətin bütövlüyünü, vahid mövqedən çıxış etməsini təmin edən əsas amildir.

Mövzu ilə bağlı “Cebhe.info”-ya danışan siyasi-şərhçi Oqtay Qasımov deyib ki, azərbaycançılıq ideologiyası Məhəmməd Əmin Rəsulzadənin də əsərlərində keçir:

“Ölkəmizdə yaşayan bütün xalqların, etnik qrupların, milli azlıqların hamısının bir ideologiya ətrafında birləşməsi üçün azərbaycançılıq ideyası vacib olan ideoloji bir sistemdir.

Məhz bu ideologiyanın cəmiyyət tərəfindən mənimsənilməsi özünü Azərbaycanın çətin günlərində də göstərdi. 44 günlük Vətən savaşında da gördük ki, Azərbaycanda yaşayan digər etnik qrupların, azlıqların nümayəndələri torpaqların azadlığı uğrunda vuruşdular, şəhid oldular. 

Yəni bu yeni bir ideologiya deyil, bunun əsası 100 il əvvəl qoyulub və müsavatçılığın əsas prinsiplərindən biri də məhz budur”.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
26
cebheinfo.az

10Mənbələr